Ukrayna-Rusiya danışıqları təxirə salındı

Ukrayna-Rusiya danışıqları təxirə salındı backend

Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində birgünlük texniki fasilə götürülüb.

Trend-in məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak öz "Twitter" səhifəsində yazıb.

"Danışıqlarda sabahadək texniki fasilə götürülüb. İşçi altqruplarda əlavə işlərin görülməsi və bəzi məqamların dəqiqləşdirilməsi nəzərdə tutulur. Danışıqlar davam edir", - deyə o bildirib.

Qeyd edək ki, tərəflər arasında danışıqların bu gün başlayan mərhələsi onlayn formatda keçirilir.

Diaspora