“Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.
O söyləyib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.
“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, - S.Ryabkov bildirib.
Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.