"Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstəririk".
APA xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - nazir qeyd edib.