Bakı İrəvanı yenə vurdu: Yeni dəhliz nə deməkdir?

Bakı İrəvanı yenə vurdu:  Yeni dəhliz nə deməkdir? backend

Azərbaycanla İran arasında arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalanıb. Maraqlı gedişdir. Bu, Bakının Ermənistana və Rusiyaya mesajıdır ki, Qərbi Zəngəzur dəhlizi ilə bağlı qərarı yubatdıqlarına görə rəsmi Bakı alternativ variantdan istifadə edəcək. İran üzərindən Naxçıvana dəmiyolu da çəkilə bilər.

Axar.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib.

O bildirib ki, bu memorandumla Bakı yenə böyük layihələrdən Ermənistanı kənarda saxlamış oldu:

“Bu variant İran üçün də faydalıdır, bölgədə rolu artacaq, əlavə gəlir əldə edəcək. Bizim üçün də o mənada faydalıdır ki, həm Ermənistanı yenə oyundankənar vəziyyətdə qoyuruq, həm də İranla iqtisadi əlaqələri gücləndiririk.

Ancaq alternativ yolun sual yaradan tərəfi də var. Bu gün Tehranla Bakı arasında münasibətlərdə dialoq və əməkdaşlıq artıb, bəs bir müddət sonra keçmişdə olduğu kimi iki dövlət arasında gərginlik yaranarsa, bu yolun taleyi necə olacaq? İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə və qərarlarına qarışmasalar, bir problem çıxmaz və kommunikasiya xətlərinin birgə istifadəsi hər iki tərəf üçün faydalı olar”.

Diaspora