"Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur".
Bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin".
Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir: "Vəziyyət tam nəzarətimiz altındadır".