Lavrov Putin-Zelenski görüşü barədə: "Putin qaçmır..."

Lavrov Putin-Zelenski görüşü barədə: "Putin qaçmır..." backend

Ukrayna xarici işlər naziri Dmitro Kuleba və rusiyalı həmkarı Sergey Lavrov iki ölkə prezidentləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşünü müzakirə ediblər.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Lakin prezidentlər arasında danışıqlar sadəcə danışıqlar xətrinə olmalı deyil. Putin təmaslardan qaçmır. Biz bu təmasların söz səviyyəsində qalmasını istəmirik. Ukrayna son illərdə sadəcə söz xətrinə görüşlərin olmasını istəyir, məqsəd nəticənin əldə olunması deyil. Müzakirələr nəticə naminə olar. Əgər nəticə olmayacaqsa, niyə müzakirələr keçirilməlidir?”, - XİN başçısı bildirib.

Diaspora