“Biz rus dilini qadağan etməyən Ukrayna istəyirik” - Lavrov

“Biz rus dilini qadağan etməyən Ukrayna istəyirik” -  Lavrov backend

"Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik".

APA xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.

Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.

XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.

Diaspora