“Mən xarici işlər naziri olaraq, qərar qəbuletmə səlahiyyəti olan biri kimi bura həll yolu tapmaq üçün gəlmişdim”.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Amma o, (Lavrov) sadəcə dinləmək məqsədilə gəlmişdi. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, - Kuleba vurğulayıb.