Ukrayna və Rusiya Federasiyası arasında humanitar dəhlizlərlə bağlı danışıqlarda müsbət irəliləyişlər var.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezident Ofis rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
M.Podolyak qeyd edib ki, Ukrayna və Rusiya Federasiyası arasında nizamlanma məsələləri, o cümlədən atəşkəslə bağlı intensiv məsləhətləşmələr davam etdirilib.
Onun sözlərinə görə, danışıqlarda razılaşdırılan humanitar dəhlizlərin logistikası ilə bağlı dəyişikliklər insanlara daha səmərəli yardım göstərəcək.