Fransanın xarici işlər naziri Jan-İv Le Drian ağır itkilərə baxmayaraq, Ukraynanın Rusiya üzərində qələbə qazanacağını bəyan edib.
Azpost.info xəbər verir ki, XİN rəhbəri bunu “France 5” telekanalına deyib. Le Drian hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları prezidenti Putini təcavüzdən çəkindirəcək: “Müharibənin nəticələri dözülməz olacaq. Və nə vaxtsa prezident Putin seçim qarşısında qalacaq: ya Rusiya üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq”.