“Uzun illər ərzində Türkiyə Ermənistanla sərhədləri bağlamışdı. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması bölgədə yeni reallıqlar yaradıb”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsi bağlamasını təklif edib. Bütün çətinliklərə baxmayaraq hesab edirik ki, artıq normallaşma barədə düşünmək olar. Biz Azərbaycan və Türkiyə olaraq Ermənistana mesaj göndəririk ki, bölgədə normal qonşuluq prinsipi yaradılmalıdır. Biz bunu müsbət hesab edirik. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb. Azərbaycanla Türkiyə arasında tam koordinasiya mövcuddur”, - nazir vurğulayıb.