Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədə keçirilə biləcək mümkün görüşünü dəstəklədiyini açıqlayıb.
“İki nazirin görüşü yaxşı ideyadır. İstənilən danışıqlar və görüş müsbət haldır”, - deyə o bildirib.
Hər bir diplomatik təşəbbüsü dəstəklədiklərini vurğulayan Qatilov qeyd olunan görüşü mümkün sayıb.
Xatırladaq ki, bir qədər öncə Türkiyə XİN-in rəhbəri Mövlüd Çavuşoğlu 11-13 mart tarixlərində Antalyada keçiriləcək Diplomatiya Forumunda rusiyalı və ukraynalı həmkarları arasında görüş təşkil edilə biləcəklərini vurğulayıb.
Mənbə: TRT