NATO Rusiyanın Ukraynanı Suriya kimi xarabalığa çevirməsinin qarşısını almağa çalışır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Etdiyiniz hər şeyə görə təşəkkür edirəm, lakin bu müharibədir. Və müharibədə biz qalib gələnə qədər hər şey edilməlidir. Biz Avropanın təhlükəsizliyi, çiçəklənməsi naminə bir yerdəyik", - nazir Tvitter hesabında vurğulayıb.
Nazir qeyd edib ki, Rusiya Ukraynanı Suriyaya çevirməyə çalışır və onun tətbiq etdiyi taktika Suriyada üstün tutduqları taktikaya bənzəyir:
"Amma biz onların Avropada Suriya yaratmasına imkan verməməliyik”.