Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq.
Bunu paytaxt meri Vitali Kliçko martın 3-də “Reuters” agentliyinin efirində “Skype” yayımı zamanı deyib.
“Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Və bu say təəssüf ki, artacaq”, - Kliçko bildirib.
O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib.
“Vəziyyət gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun atəşə tutulması davam edir”, - deyə Kliçko qeyd edib.
Mənbə: “Unian”