“Rusiya ordusunun Ukrayna şəhərlərinə raket və bomba zərbələri endirməsi işğalçıların torpaqlarımızda əhəmiyyətli bir iş görə bilmədiklərinin etirafıdır”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
“Tammiqyaslı müharibənin ilk saatları və günləri həqiqətən çox çətin idi, lakin biz tək idik, bu o deməkdir ki, biz güclü idik və buna görə də sağ qaldıq. Biz dayanmağa davam edəcəyik. Onların qarşısında elə dayanırıq ki, işğalçılar öz taktikalarını dəyişmək məcburiyyətində qalıblar. Rusiyanın Ukrayna şəhərlərinə raket və bomba zərbələri endirməsi də göstərir ki, onlar bizim torpaqlarımızda mühüm heç nə edə bilməyiblər” - Ukrayna dövlət başçısı qeyd edib.
Zelenski Ukraynada müdafiənin bütün xətlərinin qorunub saxlandığını, rusların heç bir strateji istiqamətdə uğur qazanmadığını vurğulayıb: “Onlar sıxışdırılıb, məhvə məhkumdurlar. Kiyev həmin gecə növbəti raket və bomba hücumuna tab gətirdi. Bizim hava hücumundan müdafiəmiz işə yaradı. Xersona, İzyuma - işğalçıların havadan güclü zərbələr vurduğu bütün digər şəhərlərə heç nə edə bilmədilər. Onlar Odessanı məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər, çünki onlar ora layiqdirlər”.
Publika.az