Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.
BelTA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, görüşün başqa günə ertələnməsi barədə xəbərlər həqiqətə uyğun deyil. V.Medinski danışıqların Brest vilayətində keçiriləcəyini və Ukrayna heyətinin artıq Polşadan Belarusa doğru yola düşdüyünü vurğulayıb.