Rusiya-Ukrayna danışıqlarının məkanı dəyişdi

Rusiya-Ukrayna danışıqlarının məkanı dəyişdi backend

Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamia Rusiya ilə danışıqların yeni raundu ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Belovejsk meşəsində aparılan danışıqlarla bağlı məlumatlar reallığa uyğun deyil”, - deyə xalq deputatı bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında danışıqlar həqiqətən də, başqa yerdə baş tutacaq.

Araxamia bütün təfərrüatları tezliklə dərc edəcəyinə söz verib.

Diaspora