Bu günə qədər 4 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib - Leyla Abdullayeva

Bu günə qədər 4 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib -  Leyla Abdullayeva backend

Ukraynada yaşayan azərbaycanlıların ölkəyə təxliyə edilməsi diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ukraynada hava məkanı bağlı olduğundan vətəndaşların yalnız quru yoldan istifadə edərək Polşa, Moldova, Slovakiya ilə sərhədə gəlmək imkanları var idi.

"Bu günə qədər 4 minə yaxın azərbaycanlının qeyd olunan istiqamətlərdə sərhədi keçməsi müşahidə edilib", - deyə o əlavə edib.

Diaspora