“Sülhün Kökləri” təşkilatının təsisçisi Haydi Kün ilə ANAMA-da görüş keçirilib

“Sülhün Kökləri” təşkilatının təsisçisi Haydi Kün ilə ANAMA-da görüş keçirilib backend

Minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpasına həsr olunmuş “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyəti sədrinin müavini Samir Poladov ilə görüşüb.

 

Ednews xəbər verir ki, Haydi Künün səfərinin əsas məqsədi ölkədəki mina problemləri ilə yaxından tanış olmaq, problemin miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verməkdir.

 

Görüş əsasında ANAMA-nın yaradılma tarixini, icra edilən humanitar minatəmizləmə fəaliyyətini, işğaldan azad edilən ərazilərdə mövcud mina riskini, eləcə də minadan zərərçəkənlərə yardım və mina təhlükəsinə dair maarifləndirmə tədbirlərini əks etdirən prezentasiya təqdim edilib.

 

Xanım Haydi Kün, minalarla mübarizə istiqamətində gücümüzü birləşdirərək, bu sahədə məqsədyönlü iş aparmaqla partlayıcı qurğuların təhlükəsinin aradan qaldırılmasına dəstək olmaq niyyətində olduğunu bildirib.

 

Qeyd edilən təşkilatın səyləri nəticəsində təmizlənmiş ərazilərdə kənd təsərrüfatına dəstək məqsədilə “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüs dünyada böyük hərəkata çevrilib.

Diaspora