Avropa İttifaqı Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
RİA “Novosti” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Xatırladaq ki, iki gün əvvəl Aİ və Böyük Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmişdi. Putin və Lavrovun Böyük Britaniyadakı hesablarının dondurulması nəzərdə tutulur.