Minneapolisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

Minneapolisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib backend

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” məlumatlandırma aksiyası keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşkilatçılığı ilə şəhərin mərkəzi avtomagistralı yaxınlığındakı bilbordda Xocalı soyqırımı həqiqətlərini əks etdirən qısa məlumat və təsvirlər yerləşdirilib.

 

Aksiya bir həftə davam edəcək.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Diaspora