Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Polşa və Macarıstana gedə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Qaziler.az xəbər verir ki, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızı bildirib.
"Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər. Telefon nömrələri 24 saat aktivdir”, - Komitə rəsmisi qeyd edib.