Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qənirə Paşayevadan ÇAĞIRIŞ

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı  Qənirə Paşayevadan ÇAĞIRIŞ backend

“Xocalı Soyqırımından 30 il keçdi. Amma bu 30 ildə nə Xocalı Soyqırımının qurbanı olan şəhidlərimizin ailələrinin, nə də xalqımızın içində Xocalı ağrısı bir az da olsa azalmadı".

Qaziler.az xəbər verir ki, bunu Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisdə Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı çıxışı zamanı edib və dünya ölkələrinə, beynəlxalq təşkilatlara çağırış səsləndirib. Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisdəki çıxışında deyib:

"Dövlətimiz və xalqımız üçün hər zaman Xocalı Soyqırımı həqiqətlərinin bütün dünyaya çatdırılması və bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi ən əsas məsələlərdən biridir. Biz Xocalı Soyqırımında şəhid olan bütün insanlarımızın qarşısında baş əyirik və biz hamımız bilirik ki, Xocalı Soyqırımında həyatını itirən şəhidlərimizin ruhu o zaman dinclik tapacaq ki, bu soyqırımı törədənlər ədalət qarşısında cavab verəcək, biz öz vətən torpaqlarımıza dönəcəyik. Biz buna inanırıq ki, o gün uzaqda deyil. Necə ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunmuş digər bölgələrimizdə artıq işlər görülür, Xocalıda da mütləq Azərbaycan bayrağı dalğalanacaq və şəhidlərimizin ruhu bir az da olda dinclik tapacaq. Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında gördüyümüz videolarla, fotolarla o ağır günlərdə fədakarlıqla çalışan jurnalist, operator həmkarlarımız Milli Qəhrəman Çingiz Mustafayev başda olmaqla hər birini rəhmətlə anırıq. Çünki bu dəhşətli soyqırım ki, modern dünyanın utancı idi, dünyaya çatdırılmasında sözügedən foto və videoların çox böyük rolu oldu. Ümumilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə getdiyimiz bütün səfərlərdə Ulu Öndərimizin Xocalı Soyqırımı həqiqətlərinin tanıdılmasının, niyə bu modern dünyanın gözü qarşısında törədilən soyqırımı görmək istəmirsiniz, bunu törədənlərin cəzalandırılmasını istəmirsiniz çağırışlarının şahidi olmuşuq. Cənab Prezidentimizin bu istiqamətdə apardığı işlər, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev fondunun apardığı işlər, Leyla xanım Əliyevanın rəhbərliyi ilə Xocalıya Ədalət kampaniyası, xaricdə yaşayan soydaşlarımızın, parlamentimizin, xalqımızın bu istiqamətdə apardığı işlər görmək, eşitmək istəməyən dünyaya görəcəksiniz, eşidəcəksiniz, bu utan sizin utancınızdır deməkdir. Çünki siz zamanında bu məsələyə laqeyd qaldınız. Zamanında bunu törədən vandallara təsir etsəydiniz sonradan onların törətdiyi bir sıra cinayətlərin qarşısı alınardı. 

Ona görə hörmətli sədr,

Sizin Parlamentimiz adından 100-dən artıq ölkənin patlament rəhbərlərinə, beynəlxalq qurumlara çağırışınız çox önəmlidir. Siz öz çıxışınızda da bildirdiniz ki, müraciətlərdə bu cinayətlərin cəzasız qalmaması üçün bütün dünyanın sülh istəyən güclərin bu məsələyə münasibətini bildirməli olduğu xüsusi vurğulanır. Biz 65 dostluq qrupu da bu müraciəti parlamentdə etmişik. Biz bütün dünya ölkələrinə bu çağırışı edirik: Cəzasız qalan cinayət mütləq yeni ciyanətlərin əsasını qoyur. Ona görə də sizin Xocalıda valideynlərini itirən uşaqlara, ailəsini itirən insanlara borcunuz var. Bu borcu qaytarmaq üçün 30 il geciksəniz də, biz çağırırıq ki, bu gün də olsa sözügedən cinayətə layiq olduğu qiyməti versinlər. 

Sonda bir təklif də səsləndirmək istəyirəm. Çox yaxşı olar ki, Xocalı Soyqırımı ilə bağlı abidələrin biri də Şəhidlər Xiyabanında olsun. Çünki xarici ölkələrdən gələn protokolun hamısı Şəhidlər Xiyabanını ziyarət edir. Təbii ki, Xocalı Soyqırımı abidəsi var. Amma belə bir abidənin orada da olması çox yaxşı olar".

Diaspora