Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdik ki, döyüşlərdə öldürülən rus hərbçilərinin meyitlərini Rusiyaya göndərməkdə yardım etsin.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşyuk keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə 3500-dən yuxarı rus hərbçisinin meyiti var:
“Biz onları dəfn edə bilmərik. Buna görə də Beynəlxalq Qırmızı Xaçdan xahiş etdik ki, meyitlərin Rusiyaya göndərilməsində bizə yardım etsin. Bu, humanitar fəlakətin qarşısını ala bilər".
İ.Vereşyuk eyni zamanda qeyd edib ki, bununla işğala rəvac verən Rusiya rəhbərliyi rus xalqına yaşatdığı acının miqyasını anlayacaq.
Axar.az