Gürcüstanın Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari (320 min ABŞ dolları) həcmində vəsait ayrılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Qaribaşvili sərəncam imzalayıb.
Sənədə əsasən, vəsaitin hesabına Gürcüstanın Səhiyyə Nazirliyi dərman vasitələri və tibbi təyinatlı avadanlıqlar alacaq.