Bu gecə Zelenski həbs olunacaq - Rusiyalı ekspert

Bu gecə Zelenski həbs olunacaq -  Rusiyalı ekspert backend

Bu gün axşam saatlarında bütün cinayətkar Ukrayna hakimiyyətinin üzvləri, başda Zekenski olmaqla, həbs olunacaq və yaxud məhv ediləcək. Ukrayna xalqı zülmdən canını qurtaracaq. Az qalıb, bizim ukraynalı qardaş və bacılarımız, bir az səbr edin!

Qaziler.az Yenipress.az-a istinadən xəbər verir ki, bu fikirlərlə tanınmış Rusiyalı politoloq, Kremlin siyasi məsləhətçisi, "Sonar-2050"nin baş redaktoru Semyon Uralov Ukrayna xalqına ünvanladığı müraciətində bildirib.

“Narahat olmayın, hər şey tez bir zamanda bitəcək. Bu gün axşam saatlarında bütün cinayətkar Ukrayna hakimiyyətinin üzvləri, başda Zekenski olmaqla, həbs olunacaq və yaxud məhv ediləcək. Ən çətini bundan sonra olacaq. Şəhərlərdə soyğunçuluq, başsızlıq hökm sürəcək. Çünki dövlət bir neçə gün hakimiyyətsiz olacaq. Artıq indidən Ukraynada hakimiyyət üzvləri, şəhər merləri qaçmağa can atır”, - deyə Uralov qeyd edib.

Diaspora