Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırdı

Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırdı backend

Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çıxışı zamanı deyib.

"Biz Rusiya ilə diplomatik münasibətləri dayandırdıq. Ukrayna müdafiə olunur və Moskvada nə fikirləşmələrindən asılı olmayaraq öz azadlığını verməyəcək", - deyə o bildirib.

Ukrayna prezidenti əlavə edib ki, dövlət ölkəni müdafiə etmək iqtidarında olan bütün vətəndaşlara silah verəcək.

"Hərbi təcrübəsi olan və Ukraynanın müdafiəsinə qoşula bilən hər kəs müvafiq komplektasiya mərkəzlərinə yaxınlaşmalıdır", - V.Zelenski deyib.

Diaspora