Moskva Bəyannaməsinin imzalanması çox böyük siyasi-diplomatik uğurdur - Umud Mirzəyev

Moskva Bəyannaməsinin imzalanması çox böyük siyasi-diplomatik uğurdur -  Umud Mirzəyev backend

Ötən gün Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Qaziler.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Ednews saytına bununla bağlı açıqlama verib. 

U. Mirzəyev bildirib ki, Azərbaycan və Rusiya arasında indiyədək əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalanıb, lakin bu müqavilə əvvəlkilərdən hiss olunacaq qədər fərqlidir. Belə ki, bu müqavilə həm çox genişdir, həm də ən müxtəlif sahələri əhatə edir.

"Qeyd etmək istəyirəm ki, 43 bənddən ibarət olan müqavilənin elə 1-ci bəndindən görünür ki, burada ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən strateji maraqlarımız təmin edilib. Bu gün bizim üçün Azərbaycanın müstəqilliyi və Qarabağ probleminin tam və ədalətli həllindən vacib, aktual məsələ yoxdur. Müqavilənin 1-ci və 11-ci bəndlərində bu iki məsələnin həlli ilə bağlı məqamlar xüsusilə vurğulanıb. Həmçinin qeyd etmək lazımdır ki, həm Qafqaz, həm postsovet ölkələrində, ümumilikdə bütün region üçün bu cür gərgin bir zamanda cənab İlham Əliyevin belə bir sazişin imzalanmasına nail olması çox böyük siyasi-diplomatik uğurdur. Bu müqavilədən sonra hər bir Azərbaycan vətəndaşını düşündürən suallar, narahat edən məsələlər öz həllini tapacaq. Ümid edirik ki, illərlə davam edən Azərbaycan-Ermənistan arasındakı gərginliyin sülhə çevrilməsində bu sazişin xüsusi rolu olacaq”.

Diaspora