Srebrenitsa qurbanı Paşinyanın feysbuk səhifəsində Xocalı çağırışı edib

Srebrenitsa qurbanı Paşinyanın feysbuk səhifəsində Xocalı çağırışı edib backend

Xəbər verildiyi kimi, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in gərargahında keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə “Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar tərəfindən “Barışıq üçün etiraf et” təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimayətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.

"Report" xəbər verir ki, sözügedən tədbirin aparıcısı qismində çıxış edən “Srebrenitsa Anım Mərkəzi Muzeyinin” direktor müavini Amra Beqiç tədbirin sonunda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırıb. Xocalı cinayətinin Srebrenitsada törədilən soyqırımla bir çox eyniliklərin olduğunu qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan edib. Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını qeyd edib.

O bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə Ermənistan baş naziri N.Paşinyana və sıravı ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif edib.

“Bu çağırışlarda yazacagınız cəmi üç söz – “Xocalı: Barışıq üçün etiraf et” (Khojaly:RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır”, - ictimai xadim vurğulayıb.

Qeyd edək ki, Amra Beqiç özü Srebrenitsa soyqırımı zamanı ailəsini itirib. O, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Srebrenitsa Memorial Kompleksində fəaliyyət göstərir.

Diaspora