“Günahsız qətl olunmuş insanların haqqı uğrunda zaman boyunca mübarizə aparmalıyıq” - AAK-ın vitse-prezidenti

“Günahsız qətl olunmuş insanların haqqı uğrunda zaman boyunca mübarizə aparmalıyıq” - AAK-ın vitse-prezidenti backend

“Artıq uzun illərdir ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı silsilə tədbirlər keçiririk“.

Bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti İlham İsmayılovun Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, indiyədək “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində bir sıra siyasi məqsədlərlə bağlı çox böyük tədbirlər keçirilib: 

“Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondu və vitse-prezident Leyla xanımın təşəbbüsü ilə qaldırılıb. Biz bu kampaniya çərçivəsində bir sıra ölkələrdə - Strasburqda, Brüsseldə, Haaqada, yəni Avropanın siyasi mərkəzlərində tədbirlər keçirtmişik. Lakin son illərdə bütün dünyanı cənginə alan pandemiya səbəbindən gedə bilmədik. Bu il isə mütləq düşünürdük ki, yenidən gedək. Çünki zəfərdən, qələbədən öncə biz uzun illər gedib, orada Xocalı soyqırımının insanlara tanıdılmasına çağırırdıq. Orada həmin xarici ölkələrin müəyyən qurumlarına müraciətlər göndərirdik, mitinqlər keçirirdik. Təbii ki, torpaqlarımızı işğaldan azad etdiksə, o, demək deyil ki, biz mübarizəni saxlamalıyıq. Çünki hələ günahsız qətl olunmuş insanların haqqı uğrunda biz zaman boyunca mübarizə aparmalıyıq. Həm də eyni zamanda yalançı erməni soyqırım iddialarının qarşısına qoyacaq tarixi faktlarımız var. Bundan  başqa, hələ Xocalı özü işğaldadır və qayıtmayıb. Eyni zamanda, bu 44 günlük savaşdan sonra erməni vəhşilərinin törətdiyi vandal hərəkətləri, bizə qoyduqları xarabalıqları haqqında dünyaya məlumat çatdırmalıyıq”. 
No description available.
“Əslində, həmişə bunları deyirdik, amma torpaqlarımız işğal altında olduğuna görə, içimizdə bir sınıqlıq var idi. Daim torpaqlarımızı geri qaytarmağı düşünürdük. Hətta, suallar da verilirdi ki, niyə gedib almırsınız? İndi şükür ki torpaqlarımızı azad etdik. Ali Baş Komandanımızın rəhbərliyi ilə keçirilən uğurlu əməliyyatlar və minlərlə verdiyimiz şəhidlərimizin qanı bahasına biz torpaqlarımızı düşmən işğalından azad etdik. İndi biz ora daha qürurla və kəsərli formada sözlərimizi deməyə gedirik”, - deyə AAK-in vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı 2022-ci ilin fevral ayının 23-27-də Avropanın siyasi mərkəzi hesab olunan Brüssel və Haaqa şəhərlərində silsilə tədbirlər keçirəcək. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçiriləcək tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli iştirak edəcəklər. Dörd gün davam edəcək silsilə tədbirlərə Belçika Türkcə Media Birliyi, Gent Türk Ocaqları, eləcə də Hollandiya Azərbaycan Türk Kültür dərnəyi, Avropa Azərbaycanlıları Konqresi də dəstək verir. Brüssel, Gent və Haaqa şəhərlərində keçiriləcək tədbirlərdə Avropa cəmiyyəti Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olacaq, erməni vandalizmi ilə bağlı bir daha məlumatlanacaqlar.

Diaspora