Ukraynanın Donbas bölgəsində bütün cəbhəboyu əsasən ağır artilleriyadan, “Qrad” çoxmənzilli raket sistemindən istifadə olunmaqla gün ərzində şiddətli döyüşlər davam edib.
Bu barədə Baku TV-nin Şərqi Avropa bürosuna Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarından etibarən Luqansk və Donetsk vilayətləri Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən 25 dəfə ağır artilleriya atəşinə məruz qalıb.
Məlumata görə, son 24 saatda Luqanskın “Sçastye”, Donetskin isə “Volnovayskiy” rayonu istiqamətində iki Ukrayna hərbçisi həlak olub.
Hazırda Donbasdakı döyüşlərdə iştirak edən Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi ekspert Yuri Koçevenko bildirib ki, Donetskdə vəziyyət gərgin olaraq qalır, mülki əhali intensiv şəkildə atəşə tutulmaqda davam etdirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının İctimaiyyətlə əlaqələr idarəsindən həmçinin bildirilib ki, ümumilikdə atəşkəsin pozulması nəticəsində son 10 gündə 10 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həlak olanlardan dörd nəfəri mülki vətəndaşdır.
Ətraflı süjetdə: