Almaniyada “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı seminar - FOTO

Almaniyada “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı seminar -  FOTO backend

Almaniyanın Berlin şəhərində "Khari-Bülbül" mədəniyyət evinin nəzdində təşkil olunmuş Ana dili kurslarının yuxarı yaş qrupundan ibarət şagirdlərinə “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı 26 fevral Xocalı soyqırıminin 30 cu ildönümünə həsr olunmuş maarifləndirici seminar keçirilib. 

Qaziler.az xəbər verir ki, seminara AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Nurçin Əliyev, AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Elman Muradov da dəvət olunmuşdular. Eləcə də, “Khari Bülbül” mədəniyyət evinin sədr müavini, AAA IH uzvu Saur Kadirli və ”Khari-Bulbul” və AAA IH üzvü Zaur Spivak da iştirak ediblər.

Seminari giriş sözü ilə “Khari- Bülbül” mədəniyyət evinin sədri, AAA sədr müavini Sevda Badaliouri (Qəribova) açaraq, soyqırımda həyatlarını itirən şəhid olan həmvətənlərimizin ruhunu iştirakçılarla 1 dəqiqəlik sükutla yad edərək sözü Nurçin bəyə verib.

Nurçin bəy Xocalı soyqırımı həqiqətlərindən və törədilən vəhşiliklərdən söz açıb gənc diaspora üzvlərinə ətraflı məlumat verib, gənclərə öz tövsiyələrini bildirib. Hər zaman ürəyi Azərbaycanla döyünən alman əsilli kursumuzun fəal diaspor üzvü Matthias Wolf da öz ürək sözlərini bizimlə bölüşüb kədərini bildirib.

Daha sonra Xocalı faciəsini eks etdiren sənədli film nümayiş olunub. Sonda isə soyqırımında həlak olanların ruhuna çay süfrəsi təqdim olunub. Allah Xocalı soyqırımında həlak olan həmvətənlərimizə rəhmət etsin!

Diaspora