Fuad Muradov Rumıniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Fuad Muradov Rumıniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb backend

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.

Dövlət Komitəsindən Qaziler.az-averilən məlumata görə, komitə sədri səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə görəcəyi işlərdə uğurlar arzulayıb.

O, ölkəmizin uğurlu diaspor siyasəti, Komitənin həyata keçirdiyi layihələr barədə məlumat verib, Rumıniyada yaşayan azərbaycanlıların səmərəli fəaliyyətini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən səfir V.Soare regiona yaxından bələd olduğunu qeyd edib, xalqlarımız arasında əlaqələrin möhkəm və davamlı olmasının məmnunluq doğurduğunu nəzərə çatdırıb, diaspor sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə Ruıniyada yaşayan azərbaycanlıların cəmiyyətə faydalı inteqrasiyasından danışılıb və diaspor sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi arasında 2018-ci ildə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Diaspora