Kiyevdə "Xocalıya ədalət!" lövhələri quraşdırılıb - FOTO

Kiyevdə "Xocalıya ədalət!" lövhələri quraşdırılıb -  FOTO backend

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.

Diaspora