“Tvitimi bəyəndiyinə görə İran səfirliyinə təşəkkür edirəm”.
Qaziler.az Report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.
“İranın tviterdəki qadağasını tezliklə aradan qaldıracağına ümid edirik ki, iranlı həmkarlarınız da bizim tvitlərimizdən həzz ala bilsinlər!”, - səfir vurğulayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin rəsmi tviter səhifəsi İsrail səfirinin tvitini bəyənib. Lakin C.Dikin bu barədə tvitindən sonra İran səfirliyi "layk"ı geri çəkib.