Azərbaycanın “Putin İttifaqı”nda status müzakirələri artır - Bakıya təzyiq, yoxsa...

Azərbaycanın “Putin İttifaqı”nda status müzakirələri artır -  Bakıya təzyiq, yoxsa... backend

Rusiya XİN rəsmisi Avrasiya İqtisadi İttifaqının Azərbaycanla istənilən formatda dialoq aparmağa hazır olduğunu açıqlayıb, politoloq: “Rusiyanın ötürməsi ilə edilən çağırışlardır, Kreml təklənmədiyini sübut etmək üçün...”

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Azərbaycanla istənilən formatda dialoq aparmağa hazırdır. Ötən ilin dekabrında Bakıda Azərbaycan Diplomatik Akademiyasının meydançasında Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin iştirakı ilə keçirilən ekspert müzakirələri bu mövzuya maraq olduğunu göstərib”.

“Yeni Müsavat” yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov TASS-a müsahibəsində Azərbaycanın Aİİ-yə müşahidəçi qismində daxil olmasının perspektivləri ilə bağlı sualı cavablayarkən belə deyib. Yevdokimov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı onunla qarşılıqlı fəaliyyətdə maraqlı olan dövlətlər üçün açıqdır. Bununla belə, o qeyd edib ki, “İttifaqla qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması haqqında qərar bütün üzv dövlətlərin və maraqlı tərəfin razılığı ilə və mümkün iqtisadi nəticələrinin hərtərəfli təhlilinin nəticələrinə əsasən qəbul edilir. Biz öz tərəfimizdən tərəfdaşlarımızı lazımi informasiya dəstəyi ilə təmin edirik”.

Qeyd edək ki, ötən il dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycanın qurumda müşahidəçi statusu ala biləcəyini vurğulamışdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək. “Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”. Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan deyib: “Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”.

Göründüyü kimi, Azərbaycanın, qeyri-rəsmi olaraq “Putin ittifaqı” adlandırılan bu quruma üzvlüyü və ya hansısa statusla təmsilçiliyi haqda çağırışlar, müzakirələr artıb. Hətta Paşinyan da bunun əleyhinə deyil. Bəs səbəb nədir? Bu bir növ Azərbaycana seçim etmək üçün təzyiq kimi qiymətləndirilə bilərmi? Ümumiyyətlə, Azərbaycan nə KTMT-yə, nə Aİİ-yə qoşulmaq barədə rəsmi münasibət bildirmir?

Qabil Hüseynli: “Human Rights Watch” təşkilatının hesabatı reallığı əks  etdirir

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, təsadüfi deyil, məhz Rusiyanın ötürməsi ilə edilən çağırışlardır: “Rusiya təklənib və təklənmədiyini sübut etmək üçün bu ittifaqı fəallaşdırmağa çalışır. Biz müşahidəçi qismində orada təmsil oluna bilərik, lakin bölgədə vəziyyəti də izləməliyik. Hələ ki regionda sülh yoxdur, ədalətli sülh sazişi imzalanmayıb, həmçinin Qoşulmama Hərəkatının başında dayanırıq və bu təşkilata böyük töhfə veririk, üstəlik, indiki şəraitdə sədrliyi yerinə yetirən Azərbaycanın hansısa ittifaqa qoşulmaqla bağlı fikir bildirməsi düzgün olmazdı. Sadəcə, ilk növbədə Ermənistanla problemləri həll etmədən bu birliyə qoşulmaq doğru deyil”.

Q.Hüseynli istisna etmir ki, rəsmi Bakının Qoşulmama Hərəkatında sədrlik vəzifəsi bitdikdən sonra Aİİ-yə qoşulmaq barədə müəyyən pozitiv addımları ola bilər: “Lakin hələlik belə bir niyyət görünmür. Ona görə bu mövzuda Azərbaycan müəyyən siyasi manevrlər də bilər, düşünə də bilər, Ermənistanla münasibətlər məsələsini də gündəmə gətirə bilər. Təbii ki, Rusiya Azərbaycan üçün böyük bazardır. Bu əlaqələr faydalıdır desək yanılmarıq. Ancaq Avrasiya İqtisadi Birliyi sırf iqtisadi format kimi formalaşmayıb, bu platformada daha çox siyasi faktorlar önə çıxır deyə başqa dövlətlərdə səksəkə yaradacaq təəssürat oyanır. Bu baxımdan, zənnimcə, Azərbaycan hələ ”yüz ölçüb, bir biçməyi" qərarlaşdırıb".

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli

Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, siyasi ədəbiyyatlarda “ittifaq” sözü qorxulu məna ifadə edir: “Qazaxıstanda yaşananlar, Belarusda baş verənlər, Ukrayna hadisələri, Ermənistanın mövqeyini dəyişməsi müqabilində görürük ki, Rusiya tərəfindən bloklaşma-ittifaqlaşma prosesi gedir. Bu da Ukrayna üzərində baş verdi. Rusiya bunu hesablamışdı. Ona görə üçüncü müstəvi də olacaq. Siyasi hesabatın mənzərəsi odur ki, sıcaq toqquşmalardan qaçır, real toqquşmalara gəlib çıxırlar. Bəli, Azərbaycanı bu ittifaqa qoşmağa çalışırdılar. Lakin paraleldə Şuşa Bəyannaməsi imzaladıq, 6-7 ay sonra qanun halına salınmasını həyat keçirdik. Həmçinin Lukaşenkonun Azərbaycan haqda müsbət fikirləri oldu və istəyirlər ki, bizi o qurumda görsünlər. Ancaq Azərbaycan hərbi-siyasi müttəfiqi olan Türkiyə ilə birgə fərqli yol götürüb, bu fəaliyyət Rusiya əleyhinə də yönəlməyib. Bu səbəbdən çağırışlar olacaq, təzyiqlərin artmasını gözləməliyik, amma Türkiyə ilə imzalanmış birlik forması realizə ediləcək, Azərbaycan meydana bu yolla çıxıb”.

“Yeni Müsavat”

Diaspora