Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib.
Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.