“Erməni brendi bu gün məğlubiyyət və rüsvayçılıqdır" - Nazaryan

“Erməni brendi bu gün məğlubiyyət və rüsvayçılıqdır" -  Nazaryan backend

“Parlamentdə baş tutan növbəti sual-cavabdan sonra daha da əmin olursan ki, bu gün dövlətin bir nömrəli vəzifəsini, Baş nazir postunu tutan şəxs nəinki orada olmamalı idi, həmçinin o vəzifədə qalmaqdan heç bir varianta sahib deyil”.

Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Nazaryan bildirib.

Onun sözlərinə görə, Paşinyanın 44 günlük qanlı müharibədən sonra vəzifəsini davam etdirməsi kosmosun, politologiyanın bütün qanunlarına qarşı idi.

Nazaryan qeyd edib ki, Paşinyan və komandasının iştirak etməsi, hətta 2021-ci il parlament seçkilərində birinci yerdə olması bütün qanunlara zidd idi.

“Erməni brendi bu gün məğlubiyyət və rüsvayçılıqdır, ondan qurtulmalıyıq”, - deyə erməni deputat vurğulayıb.

Diaspora