Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı diplomatik missiyasının əməkdaşlarına bir müddətlik bu ölkəni tərk etməyi məsləhət görüb.
“Report” xəbər verir ki, o, bu barədə britaniyalı həmkarı Liz Trassla birlikdə keçirdiyi mətbuat konfransında məlumat verib.
S.Lavrov bildirib ki, bu tövsiyə vacib olmayan işçilərə aiddir.