Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü noyabrın 11-də Özbəkistanda keçiriləcək.
Bu barədə TDT-nin Baş katibi Bağdad Amreyev danışıb.
Onun sözlərinə görə, bu mühüm tədbirin hazırlıq prosesi artıq başlayıb.
Bundan başqa, bildirilib ki, Azərbaycanda qeyri-rəsmi zirvə görüşü, Macarıstanda Vişeqrad qrupu ilə TDT dövlət başçılarının zirvə görüşü təşkil ediləcək.