ABŞ-dan 8 erməni hərbçinin qaytarılmasına REAKSİYA

ABŞ-dan 8 erməni hərbçinin qaytarılmasına REAKSİYA backend

"Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq".

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosundan bildirilib.

"Bütün saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir", - bürodan qeyd olunub.

Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Diaspora