“Bu gün biz Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik”.
Apa-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin “Tvitter” paylaşımında bildirilib.
Qeyd edilib ki, hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır: “Biz ikitərəfli münasibətlərimizi və qarşılıqlı əlverişli əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”.