Şuşa Bəyannaməsi digər türk dövlətlərinə də sirayət edəcək - VİDEO

Şuşa Bəyannaməsi digər türk dövlətlərinə də sirayət edəcək -  VİDEO backend

"Şuşa Bəyannaməsi türk dünyası və bütün türk dövlətləri üçün tarixi dönüş nöqtəsidir. Ötən ilin 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan bu Bəyannamə gələcəkdə Türkiyə Konstitusiyasının da önəmli hissəsini təşkil edəcək. Bu tarixi hadisə bayram kimi qeyd olunacaq gündür. Fikrimcə, gələcəkdə çox ciddi, əhəmiyyətli hadisələrin təməlini təşkil edəcək".

Bu fikirləri "Report"a açıqlamasında, türkiyəli hərbi-siyasi ekspert Coşkun Başbuğ bildirib.

Ekspert qeyd edib ki, Şuşa Bəyannaməsi geniş əhatə olunmuş tərəfdaşlıq sazişidir:

"Nəzərə alsaq ki, bu anlaşma hərbi, siyasi və iqtisadi əsaslar başda olmaqla, insan alverinə, narkotik ticarətinə qarşı birgə mübarizəyə qədər, həmçinin təhlükəsizlik məsələlərindən müdafiə sənayesinin təşkilinə qədər bir çox sferanı əhatə edir".

Coşkun Başbuğ Şuşa Bəyannaməsinin bütün türkdilli dövlətlər arasında tanınacağını vurğulayıb:

"Yaxın gələcəkdə Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlər, ortaq müdafiə sənayesi layihələrinin digər türkdilli dövlətlərə də sirayət edəcəyinin şahidi olacağıq".

Diaspora