Azərbaycan-Ermənistan dəmiryolunun operatoru Rusiya şirkəti olacaq

Azərbaycan-Ermənistan dəmiryolunun operatoru  Rusiya şirkəti olacaq backend

“Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” ASC olacaq”.

Qaziler.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazir müavini Mqer Qriqoryan hökumətin iclasında çıxışı zamanı bildirib.

“Dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələrimiz olacaq, çünki infrastrukturun operatoru CQDY-dir. Hesab edirik ki, dəmir yollarının tikintidən dərhal sonra fəaliyyətə başlaması üçün operatorla əməkdaşlığımız sıx olmalıdır. “Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, - M. Qriqoryan qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət Erasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolundan gedir.

Diaspora