Qarabağda aparılan işlərdə iştirak etməyə hazırıq - Macar nazir

Qarabağda aparılan işlərdə iştirak etməyə hazırıq -  Macar nazir backend

Macar şirkətləri Qarabağ regionunda aparılan bərpa və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.

O qeyd edib ki, hazırda Qarabağ regionunda böyük bərpa və quruculuq işləri aparılır.

"Macar şirktləri həm maliyyə, həm də texniki baxımdan həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə dəstək göstərməyə hazırdır", - deyə o əlavə edib.

Diaspora