Gürcüstan Tələbə Parlamenti ölkə parlamentinin və Müstəqil Tələbə və Uşaq İttifaqının həyata keçirdiyi ən böyük layihələrdən biridir. Bu layihənin iştirakçıları arasında çoxluq təşkil edən azərbaycanlı gənclər xüsusi fəallıqları ilə seçilirlər.
Qaziler.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunub.
Gürcüstan Tələbə Parlamentinin təmsilçisi Elvin Tağıyev azərbaycanlı gənclərin parlamentdəki fəaliyyəti ilə bağlı Diaspor TV-yə danışıb. O, Azərbaycan gənclərini 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib. Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar.