Ermənistan Prezidentinin səlahiyyətlərini bu şəxs icra edəcək

Ermənistan Prezidentinin səlahiyyətlərini bu şəxs icra edəcək backend

Ermənistanda keçmiş Prezident Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.

“Sputnik Armeniya” xəbər verir ki, vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib. Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.

Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.

Diaspora