Müharibə Ermənistanda xalqın kollektiv psixologiyasına dönməz şəkildə zərbə vurub - Hraparak

Müharibə Ermənistanda xalqın kollektiv psixologiyasına dönməz şəkildə zərbə vurub -  Hraparak backend

"44 günlük müharibə Ermənistanda təkcə on minlərlə insan taleyinə deyil, həm də bütöv bir nəslin, xalqın kollektiv psixologiyasına dönməz şəkildə zərbə vurub".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, hazırkı vəziyyətə dözmək, döyüşə çıxmamaq böyük milli utancın təzahürüdür.

“Bunun əksinə olaraq, milli fəlakətin ən böyük günahkarı və cavabdehi olan Nikol Paşinyan getdikcə daha qəti şəkildə sübut edir ki, onda utanc hissi yoxdur. Paşinyanın az qala hər gün dövlətə xəyanətin yeni meyarını şifahi şəkildə müəyyən etdiyi halda insanlar onu hakimiyyətdən uzaqlaşdırmağın hələ də mümkün olmadığına təəccüblənirlər”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Baş prokuror kimi yüksək vəzifə tutan inadkar asayiş keşikçisinin isə Paşinyana qarşı cinayət işi açaraq araşdırma aparmağa cəsarəti çatmayıb: “Hüquq-mühafizə sistemi cinayətkar hərəkətsizliyi ilə yüz minlərlə vətəndaşı ümidsizliyə, əxlaqsızlığa, məyusluğa sürükləyib”.

Diaspora