Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanda milli istiqlal fikirlərinin yayılmasına əhəmiyyətli töhfə vermiş Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Apa-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumat Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” hesabında paylaşılıb.
Qeyd olunub ki, ziyarət M. Ə. Rəsulzadənin anadan olmasının 138-ci ildönümü günü baş tutub.