"1923-cü ilin topoqrafik xəritəsini sizə təqdim edirəm. Diqqət edin ki, Ermənistan SSR ilə DQMV arasında ümumi quru sərhədi olub və hətta Berdzor şəhəri (xəritədə Abdallar kəndi kimi qeyd olunub) Ermənistan SSR-in tərkibində olub".
Qaziler.az xəbər verir ki, bu saxtakar cümlələr “RepublicofNorthernArtsakh” erməni teleqram-kanalında yayılıb.
Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya 1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub. Halbuki, diqqətlə baxanda aydın görünür ki, 1926-cı ildən Laçın şəhəri adlanmış həmin məntəqə Azərbaycan SSR sərhədlərinin daxilindədir. Sadəcə, xəritənin miqyası kiçik olduğundan və o dövrün xəritələri qeyri-dəqiq çəkildiyindən məntəqənin işarəsi Ermənistanla sərhədə çox yaxın düşüb, “Abdallar” sözü isə Ermənistan sərhədi daxilində yazılıb.
Digər bir yalan isə guya Ermənistan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə ümumi quru sərhədinə malik olmasıdır. Belə bir məsələ də olmayıb. Sadəcə, yenə də xəritənin qeyri-dəqiq çəkilməsi ucbatından Abdallar yaxınlığında Azərbaycan SSR, Ermənistan SSR və keçmiş DQMV-nin sərhədləri bir nöqtədə qovuşur.
Göründüyü kimi, ermənilər növbəti dəfə diqqətsiz oxuculardan yararlanmaqla dünyaya növbəti saxtakarlıqlarını sırımağa çalışırlar...
Moderator.az